Türkü

İlk Mehebbet

Azerbaycan

Sözler

Yazı tipi, satır ve paragraf aralığını yan panelden ayarlayabilirsiniz.

Sevib sevilənlər çox gözəl bilir

Olmayıb vəfası ilk məhəbbətin

İzləyir aşiqi son mənzilədək

Şirin macərası ilk məhəbbətin

Mənim dediklərim şikayət deyil

Ürəklər yandıran hekayət deyil

Həqiqi aşiqə kifayət deyil

Tükənməz cəfası ilk məhəbbətin

Sevgisiz gül-çiçək bitməz ey könül

İnsan muradına yetməz ey könül

Nədəndir bilmirəm getməz ey konül

Başımdan sevdası ilk məhəbbətin

Bu dərdə neyləsin loğmanın əli

Əlimə dəyməmiş cananın əli

Döydü qapımızı hicranın əli

Budurmu mənası ilk məhəbbətin

Mən onu sevmişdim bir ilkbaharda

O məni tərk etdi boranda qarda

Hər yara sağalıb unudular da

Sağalmaz yarası ilk məhəbbətin

Kaynaklar

Süleyman Rüstem

Kaynak notu: Sözler Süleyman Rüstem'e, müzik Habil Eliyev'e aittir. Süleyman Rüstəm, Seçilmiş əsərləri, Dörd cilddə, I, IV cildlər (Bakı Azərnəşr, 1969, 1972) və Süleyman Rüstəm, Mənim günəşim (Bakı Yazıçı, 1980) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Bu şiir sözleri bu kitaptan aynen alınmıştır. Sözleri Orhan Bahçıvan tarafından gönderilen bu türkü 2.335 defa görüntülenmiştir.

Kaynağı aç

Bu sayfada bir sorun mu gördünüz?

Hata bildir