Normal yazdır

İlk Mehebbet

Azerbaycan

Sevib sevilənlər çox gözəl bilir

Olmayıb vəfası ilk məhəbbətin

İzləyir aşiqi son mənzilədək

Şirin macərası ilk məhəbbətin

Mənim dediklərim şikayət deyil

Ürəklər yandıran hekayət deyil

Həqiqi aşiqə kifayət deyil

Tükənməz cəfası ilk məhəbbətin

Sevgisiz gül-çiçək bitməz ey könül

İnsan muradına yetməz ey könül

Nədəndir bilmirəm getməz ey konül

Başımdan sevdası ilk məhəbbətin

Bu dərdə neyləsin loğmanın əli

Əlimə dəyməmiş cananın əli

Döydü qapımızı hicranın əli

Budurmu mənası ilk məhəbbətin

Mən onu sevmişdim bir ilkbaharda

O məni tərk etdi boranda qarda

Hər yara sağalıb unudular da

Sağalmaz yarası ilk məhəbbətin

Kaynaklar: Süleyman Rüstem